Bərdə rayon polis şöbəsinin rəis müavini Vahid Süleymanov Ramil Usubovun əmri ilə işdən çıxarılıb. “Qafqazinfo” xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, rəis müavininin işdən çıxarılmasına səbəb vətəndaşların onunla bağlı nazirə şikayət etməsi olub. Belə ki, Bərdədə vətəndaşları qəbul edərkən Ramil Usubova sakinlər V. Süleymanovdan şikayətçi olduqlarını bildiriblər.