Türkiyə biznesi Azərbaycan iqtisadiyyatının donorları sırasında üçüncüdür
2014-cü ilin yanvar-sentyabrında Azərbaycan iqtisadiyyatına maliyyə qoyuluşu 3 mlrd 517,03 mln manat (ötən ilin eyni dövrünə nisbətən +4,3%) olub. Dövlətstatkoma görə, investisiya həcminə görə Böyük Britaniya birincidir (1 mlrd 131 mln 872,4 min manat və ya 32,2% (+3,7%)). İkinci yerdə Norveçdir- 640 mln 19,2 min manat (+78,9%).
Türkiyə üçüncüdür (309 mln 609,9 min manat, +66,2%). Ardınca ABŞ – 294 mln 483,5 min manat (- 16,1%), Fransa – 225 mln 593 min manat (+ 2,06 dəfə) gəlir.
Beynəlxalq təşkilatlar arasında Dünya Bankı liderdir –102 mln 840,8 min manat (- 13,2%). Asiya İnkişaf Bankı 51 mln 194,7 min manatla (+36,8%) ikincidir.