2010-2014-cü illərdə Azərbaycanda uşaqlara qoyulmuş ən populyar adların siyahısında yeniliklər var. “Media forum” saytı Ədliyyə Nazirliyinin rəsmi portalında yer alan yeni statistikaya əsaslanıb bildirir ki, Zəhra və Yusif adları 15 min həddini keçiblər. Son 5 ildə 16245 qıza Zəhra, 16180 oğlana Yusif adı qoyulub.
10 min həddini dörd ad geridə qoyub: Nuray – 13620, Fatimə – 12960, Əli – 12651, Hüseyn – 11689.
Məhəmməd adı 8047 dəfə ilə 2010-2014-cü illərin yeddinci ən populyar adıdır.
Murad adı (7626) səkkizinci, Ayan adı (7368) doqquzuncudur.
Onuncu pillədə Zeynəb adı (7322) dayanır.
Siyahıdakı digər ən populyar adlar bunlardır:
Aylin – 7271
Ömər – 6982
Xədicə – 6764
Fidan – 6151
Leyla – 5597
Nihad – 5470
Kənan – 5312
Gülay – 5034.