UEFA Türkiyənin “Qalatasaray” klubunu cəzalandırıb. İstanbul təmsilçisi Avropanın ali futbol qurumuna 50 min avro məbləğində cərimə ödəyəcək. Buna “Qalatasaray” azarkeşlərinin Çempionlar Liqasının ikinci turunda səfərdə “Arsenal”a qarşı oyunda meydançaya məşəl atmaqları səbəb olub. Bundan əlavə, “Qalatasaray”dan stadiona dəyən maddi ziyanı ödəməsi tələb olunub.