Syerra-Leonedə Ebola virusunun törətdiyi xəstəlikdən vəfat edib.
Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, ölən əməkdaşın yoldaşı xəstəxanaya yerləşdirilib.
“Yaranmış şəraitdə personalın maksimum təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülür. Tədbirlər sırasına xəstənin olduğu xəstəxananın dezinfeksiyası, həmçinin, onun təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi daxildir.
Məlumata görə, BMT-nin ölən əməkdaşı Syerra-Leone vətəndaşıdır. (APA)