Müdafiə Nazirliyi tender söhbətlərinə aydınlıq gətirdi
Ötən saylarımızda “Silahlı Qüvvələrin tender gizlinləri” adlı yazı dərc edilib. Yazıda meydan.tv-yə istinadla Müdafiə Nazirliyinin elan etdiyi tenderlərdə eyni şirkətlərin qalib gəldiyini bildirmişdik.
Müdafiə Nazirliyindən “Azadlıq”a verilən məlumatda iddia olunur ki, yazıda bəzi faktlar düzgün təqdim edilməyib. Məlumata görə, sadalanan şirkətlər əvvəlki illərdə də Müdafiə Nazirliyinin keçirdiyi tenderlərin iştirakçısı olublar. Həmin şirkətlər Azərbaycanın bütün güc strukturlarının keçirdiyi tenderlərində iştirakçısı və qalibi olublar. O, şirkətlərlə müqavilə dövrü bitdiyi üçün əməkdaşlıq dayandırılıb və onların gələcəkdə keçiriləcək tenderlərdə iştirakı gözlənilmir.
Nazirlikdən bildirdilər ki, qurumun eyni şirkətlərlə işləməsi şirkətlərin ixtisaslaşması və təcrübəsi ilə bağlıdır. Məsələn, hərbi geyimlərlə bağlı tenderi istehsal edən şirkət yalnız güc strukturlarının sifarişi ilə işləyir, mülki paltarlar istehsal etmir. Ona görə də bu şirkətlər tenderdə asanlıqla qalib gəlirlər: “Gələcəkdə də belə məlumatları tirajlayanda Müdafiə Nazirliyinə müraciət etmək yaxşı olardı”.