Avropa Şurasının insan hüquqları üzrə komissarı Alexandr Ketzel Azərbaycana gəlir. Bu haqda AzadlıqRadiosuna Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva deyib. Onun sözlərinə görə, oktyabrın 21-də Ketzel bir sıra vətəndaş cəmiyyəti fəalları ilə görüşəcək.
Avropa Şurası rəsmisinin eyni zamanda oktyabrın 22-də REAL Hərəkatının həbsdəki sədri İlqar Məmmədovun ailəsi ilə görüşəcəyi də qeyd olunur. Bu haqda REAL-dan məlumat verilib.
Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən səfərin məqsədi və görüşlər haqda məlumat verilməyəcəyi bildirilib.