Hadisə “İçərişəhər” metrosuna yaxın ərazidə baş verib
Bu gün Bakıda iki sərnişin avtobusu toqquşub. ANS PRESS-in məlumatına görə, hadisə “İçərişəhər” metrosuna yaxın ərazidə, “Bəy Hamamı” yaxınlığında baş verib. Belə ki, 77 saylı sərnişin avtobusu ilə 193 saylı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində xəsarət alanlar var.
“4 blok” MMC şirkətinə tabe olan 77 saylı avtobus xəttinin sahibkarı Malik Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə digər avtobus sürücüsünün günahı üzündən baş verib. “Bizim avtobus boş dayanıbmış. 193 saylı avtobusun əyləc sistemi tutmayıb. Maşın arxadan bizim avtobusu vurub. Bizim avtobusda xəsarət alan olmayıb”, – deyə Malik Quliye bildirib.