Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın ərzaq məhsullarının, o cümlədən kolbasanın keyfiyyətini tənqid edib. Lukaşenko bu məhsulların keyfiyyətcə Belarus məhsullarından geri qaldığını deyib. “Belarus keyfiyyəti xeyli yüksəkdir. Bizim kolbasalarda tualet kağizi yoxdur. Rusiya müəssisələrində isə tualet kağızı və müxtəlif əlavələr var. Ət cəmi 60 faizdir. Xalqa belə şeylər yedirdirlər”,- deyə Lukaşenko qeyd edib.