Almaniya federal kəşfiyyat xidməti «Boing» təyyarəsinin faciəsi ilə bağlı təhlilini təqdim edib. BND-nin məlumatına görə, Rusiya və Ukrayna tərəfinin məlumatları təhrif edilib.
Almaniya Federal Kəşfiyyat Xidməti (BND) Ukraynada «Boing»in qəzasına görə məsuliyyətinə görə Rusiyameylli separatçıların üzərinə qoyub. Məlumata görə, BND rəhbəri Gerhard Şindler Bundestaqın komissiyasına təyyarənin vurulmasında separatçılar günahını sübut edən sənədlər təqdim edib. Bu barədə Spiegel Online nəşri məlumat yayıb. Sübutlar arasında peyklərdən əldə edilən məlumatların ekspert qiymətləndirilməsi, müxttəlif şəkillər də var. Şindlerin sözlərinə görə, separatçılar «Buk» zenit raket kompleksini əldə edib və ondan Malayziya təyyarəsi istiqamətinə raket atəşi açılıb.
Nəşrin məlumatına görə, BND bir neçə birmənalı nəticəyə gəlib. Birincisi, Ukrayna tərəfinin təqdim etdiyi şəkillər saxtadır. İkincisi, Rusiya tərəfinin «Boing»in Ukrayna əsgərləri tərəfinədn vurulması ilə bağlı iddiaları həqiqətə uyğun deyil. «Təyyarəni Rusiyapərəst separatçılar vurub», – deyə Der Spiegel nəşri Şindlerin hesabatından sitat gətirir.
Xatırladaq ki, Malayziyaya məxsus «Boing» sərnişin təyyarəsinin qəzası zamanı 298 sərnişin həlak olub. Onlardan dördü Almaniya vətəndaşı olub.
Nəşrin yazdığına görə, Karlsredəki federal prokurorluq naməlum şəxsə qarşı cinayət işi açıb, çünki «Boing» qəzası hərbi cinayət ola bilər.
azadlıq.info