Bakı metropolitenində bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, oktyabrın 1-də saat 08.00 radələrində metronun “Xalqlar Dostluğu” stansiyasında Bakı şəhər sakini Həsrət Davudzadə müvazinətini itirərək dəmir yol xəttinin üstünə yıxılıb və xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.