Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq məktubu göndərib. Məktubda bildirilir ki, Avropa Birliyi ilə Ukrayna arasında ticarət sazişini yalnız Kiyev və Brüssel dəyişə bilər, Moskva yox.
Barrozu məktubunda Rusiyaya xəbərdarlıq edir ki, Rusiya yeni ticarət addımları atsa, bu Rusiya ilə Avropa Birliyinin Ukrayna sazişini təxirə salmaq haqda razılaşmasını dəyişə bilər.