Moskva Helsinki qrupunun nümayəndələri bu mükafatın Leyla Yunusa verilməsini istəyir
Moskva Helsinki qrupunun nümayəndələri Lüdmila Alekseyeva, Svetlana Qannuşkina, Sergey Kovalyov və Oleq Orlov Avropa Parlamentinə müraciət edərək “Azad fikrə görə” Andrey Saxarov mükafatına namizəd olan Leyla Yunusa dəstək nümayiş etdiriblər.
Müaciətdə deyilir:
“Sovet dissident nəslinin son nümayəndələri və Andrey Saxarovun davamçıları kimi Azərbaycanda insan hüquqlarını cəsarətlə müdafi etdiyinə görə əziyyət çəkən həmkarlarımıza dəstək nümayiş etdirmək istəyirik.
Leyla Yunus və həyat yoldaşı Arif Yunusla 1989-cu ildən, onlar kiçik qrupla Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə başlayandan əməkdaşlıq edirik. Hər ikisi Azərbaycan Xalq Cəbhəsinin təşkilində iştirak ediblər.
Məhz onların köməkliyi ilə Svetlana Qannuşkina Ermənistandan gələn qaçqınlarla görüşə bildi.
1996-cı ildə Leyla Sülh və Demokratiya İnstitutunu təsis etdi və onun rəhbəri oldu. İnstitutun fəaliyyəti insan haqlarının müdafiəsinə, demokratiyanın inkişafına yönəlib. Leyla Yunusun fəaliyyəti bütün dünyaya bəllidir və dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb. Leyla Fransanın Fəxri Legion Ordeni kavaleridir.
2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra hüquq müdafiəçilərinə təzyiqlər azalmadı. Onlara qarşı mübarizə metodları daha da sərtləşdi: hüquq müdafiəçilərinin övladları da təqib edilirdi. Leyla və Arif Yunusun qızı Dinara Yunus da hədələnirdi, bu səbədən də Hollandiyada sığınacaq almaq məcburiyyətində qaldı.
Yunuslara qarşı yeni təzyiq dalğası bu il, onlar yeni siyasi məhbus siyahısını açıqlayandan sonra başladı. İndi həmin siyahıda onların öz adları da var.
İyulun 30-da Leyla Yunus, bir neçə gün sonra isə Arif Yunus həbs edildi. Hər ikisini 15 ildən ömürlük həbsə qədər cəza gözləyir. Son məlumatlara görə, Leyla həbsxanada qəddarlıqla döyülüb.
Hörmətli Avropa Parlamenti üzvləri! Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus uzun illərdir insan haqları, demokratiyanın inkişafı sahəsində çalışırlar. Leyla Andrey Saxarov adına mükafatın ən layiqli laureatı ola bilər.
Ola bilsin Leylaya bu mükafatın verilməsi onu, Arifi və Azərbaycandakı daha 96 siyasi məhbusu gələcək təqiblərdən qoruya, eyni zamanda Avropa Şurasının üzvü olan Azərbaycanda insan haqları ilə bağlı acınacaqlı duruma diqqəti сəlb edər.
Bu mükafat Azərbayсanda ümumi duruma da təsir edə bilər, əlbəttə ki, geс deyilsə”.