Ötən gün qaçırıldığı oğlan tərəfindən yandırılan qız ölüb.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Lalə Xanıyeva bu gün səhər saatlarında aldığı yanıq xəsarətlərindən xəstəxanada keçinib.
Qeyd edək ki, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobilə oturdaraq Bakı-Quba yolunun 40-cı kilometrliyinə aparıb. Daha sonra aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb.
M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.