“Baghlan Group” şirkətinin və “Bakı” futbol klubunun prezidenti, “Hafka” ləqəbi ilə tanınan i. adamı Hafiz Məmmədovun Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi 63 ünvanında yerləşən və dəyəri 3 milyon dollar qiymətləndirilən villasının qarşısına bu gün yenidən məhkəmə icraçıları və polis gəlib.
Modern.az saytının məlumatına görə, bu günə evi boşaltmağı vəd etmiş “Hafka” fikrini dəyişib. Hazırda Nərimanov rayon Məhkəməsinin icraçıları polis əməkdaşlarının köməyi ilə villaya keçməyə cəhd edirlər. Villanın içində kifayət qədər böyük sayda mühafizəçilər cəmləşib və qapını açmaqdan imtina edirlər. Mməhkəmə icraçılarıisə malikanənin boşaldılmasını tələb ediblər.
Xatırladaq ki, dünəndən başlanan bu qalmaqalla bağlı H. Məmmədov məlumatlandırılıb və o, oktyabrın 1-dək vaxt istəyib və bu gün borcu ödəyəcəyini vəd edib. Məhkəmə icraçıları bununla bağlı müzakirə apardıqdan sonra qərara alınmışdı ki, evin boşaldılması bu gün saat 12-yə qədər təxirə salınsın.
Məlumata görə, H.Məmmədov müsadirə olunan villanı oğluna toy hədiyyəsi kimi bağışlayıbmış. Məhkəmə 300 min manat borcu qaytara bilmədiyinə görə onun əmlakının boşaldılması barədə qərar verib.