Gürcüstan prokurorları keçmiş baş nazir Zurab Jvanianın meyitinin eskumasiya olunması qərarını veriblər. Prokurorlar bildirirlər ki, bu, Jvanianın ölümün səbəbinin araşdırılması ilə bağlı istintaqın tərkib hissəsidir.
Prokuror Revaz Nadoi sentyabrın 30-da Tbilisidə jurnalistlərə deyib ki, meyitin çıxarılıb, yenidən öyrənilməsinə Jvanianın qohumları razılıq verib.
Təhqiqatda xarici ekspertlər iştirak edəcək. Jvania və Kvemo Kartli regionunun qubernator müavini Raul Yusupov 2005-ci ildə Tbilisidə mənzildə ölü tapıldı.
Müstəntiqlər ilkin olaraq dedilər ki, onlar karbon monoksiddən boğulublar, buna səbəb isə qaz qızdırıcısının nasazlığı olub.
Ancaq 2012-ci ildə bu cinayət işi yenidən açıldı. Bu ilin mart ayında isə mətbuata sızan fotolarda Jvanianın bədənində zədələr, göy ləkələr olduğu görünürdü.
Sentyabrın 30-da parlament sədrinin müavini Manana Kobakhidze Azadlıq Radiosuna deyib ki, Jvanianın eskumasiyasının siyasətlə heç bir əlaqəsi yoxdur.