HHQ İŞİD yaraqlılarına aid karvanlara bir başa zərbələr endirib
Suriya Hərbi Hava Qüvvələri bazar ertəsi Deur-əz-Zor şəhərinin şərqində İŞİD yaraqlılarına aid maşın karvanlarına zərbələr endirib.
ANS PRESS-in məlumatına görə, bu barədə Suriyanın “Əl- Mayadin” kanalı xəbər verir.
Verilən xəbərə görə zərbələr İraq sərhədinə yaxın Muxasanda yerləşən İŞİD birləşmələrinə də endirilib.
Xatırladaq ki, bazar ertəsi ABŞ və müttəfiq ölkələrə aid qırıcılar İŞİD-ə aid bir sıra kiçik neftayırma zavodlarına da zərbələr endirib.