2014-cü ilin Lex Valensa mükafatı Avromaydana verildi.
Ukraynanın avropapərəst hərəkatı adından bu mükafatı Qdanskda Vitali Kliçko alıb. Kliçko hazırda Kiyevin meridir. Polşanın keçmiş prezidenti, vaxtilə xalq hərəkatının lideri, 1983-cü ildə Nobel sülh mükafatı laureatı Valensa adına mükafat 2008-ci ildən dünyada demokratiya və insan haqları uğrunda mübarizəyə dəstək kimi verilir.
Mükafatın məbləği 100 min dollardır.
Mükafatı təqdim edən Valensa deyib ki, bu ilki mükafat Avromaydanın, Ukraynalıların Avropa arzularının qiymətləndirilməsidir.
Bu mükafatı əvvəlki illərdə alanlar arasında rusiyalı iş adamı Xodorkovski və belaruslu insan haqları müdafiəçisi Byalyatski və başqaları var.