ABŞ Rusiyanın maliyyə, enerji və müdafiə sektoruna qarşı sanksiyaların genişləndirilməsi istiqamətində yeni tədbirlər görür. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Xarf keçirdiyi brifinqdə bildirib.
«Birləşmiş Ştatlar Rusiya iqtisadiyyatının maliyyə, energetika və müdafiə sektorlarına qarşı sanksiyaların genişləndirilməsinə dair tədbirləri razılaşdırıb», – deyə o bildirib.
O həmçinin qeyd edib ki, Vaşinqton Avropa Birliyi ilə sıx koordinasiyadadır.
azadlıq.info