Almaniya mətbuatı belə bir iddia ilə çıxış edib
Almaniyanın Federal Kəşfiyyat Xidmətinin məlumatına görə, Türkiyə prezidenti Ərdoğan hələ 2010-cu ildə uranın zənginləşdirilməsi üçün qurğuların yaradılmasına dair göstəriş verib. Bu isə Türkiyənin artan iqtisadiyyatının daha çox elektrik enerjisi istifadə etməsi ilə izah olunub. 2011-ci ildə Ankara Rusiyanın «Rosatom» şirkəti ilə reaktor kompleksinin tikintisinə dair 15 mlrd dollarlıq müqavilə imzalayıb. Lakin Almaniyanın Die Welt nəşri yerli kəşfiyyat orqanlarının məlumatına əsaslanaraq bunu daha çox Türkiyənin pluton bombası hazırlamaq niyyəti ilə izah edir.
azadlıq.info