Türkiyənin Hürriyət qəzetinin yazdığına görə, bu ilin iyun ayında İraqın şimalında girov götürülən 49 türkiyəli İŞİD-lə əsir mübadiləsi nəticəsində azad ediliblər. Türkiyə konsulluğuna hücum nəticəsində girov götürülən 49 nəfərə görə suriyalı üsyançılar 50 İŞİD üzvünü azad edib. Məlumata görə, azad edilən İŞİD üzvləri arasında bu ilin fevral ayında Hələbdə öldürülən İŞİD komandiri Hacı Bəkrinin də qohumları olub.
azadlıq.info