Çində Uyğur türklərindən olan professor İlham Tohti öümrlük həbs cəzasına məhkum edilib. Tohti Pekinin Minzun Universitetinin professoru, eyni zamanda Uyğur türklərinin hüquqlarının müdfafiəçilərindən biridir.
Çin hökuməti onu xarcic qüvvələrlə əlbir olmaqda və separatçılıqda ittiham edir. Tohtinin vəkili deyib ki, onun həbsinə böyük diqqət olmasaydı, cəza daha ağır ola bilərdi.
44 yaşlı İlham Tohti bu ilin yanvarında saxlanılıb. ABŞ və Avropa Birliyi Çin hökumətini dəfələrlə Tohtini azad etməyə çağırıb.
Məhkəmənin hökmü Tohtinin tərəfdarları, eləcə də beynəlxalq hüquq müdafiə təşkilatları üçün gözlənilməz olub.
“Human Rights Watch”un Çindəki ofisinin rəhbəri Sofiya Riçardson deyib ki, Tohti dialoq və tolerantlıq uğrunda ardıcıl, birmənalı və mərdliklə çıxış edib. Təşkilatdan bu hökmü son vaxtlar Çində tanınmış fəallardan heç kimə qarşı qəbul edilməmiş presedentsiz qərar adlandırıblar.
“Bu pis nəticə və vicdan məhbusuna qarşı ən sərt siyasi intiqamdır” deyə yerli hüquq müdafiəçilərindən biri bildirib.
Tərəfdarları Tohtiyə verilən cəzanı Çin hökumətinin bölücü addımı və tənqidçi səsləri susdurmaq cəhdi kimi qiymətləndiriblər.
azadliq.info