Türkiyənin 1970-1980-cı illərin ən sevilən sənətçisi Müşərrəf Akay ANS TV-nin “Günə baxan” proqramının qonağı olub. Sənətçisi Azərbaycanda yaxşı dostlarının olduğunu deyib. Bunlardan biri kimi keçmiş mədəniyyət naziri, hazırda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adını çəkib. Müğənni Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanı çox sevdiyini də bilidirib və efirdən ona mesaj göndərib.
“Zeynəb Xanlarova Türkiyənin də ulduzudur. Onu mütləq görməliyəm. Zeynəb xanımın qəhvəsini içmək istəyirəm” – deyərək, xalq artisti ilə görüşmək arzusunu dilə gətirib.