Bakı şəhər Baş Polis İdarəsi “Xəzər” televiziyasının aparıcısının bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb. İdarədən Lent.az-a verilən məlumata görə, sentyabrın 22-si saat 23:00 radələrində D.Bünyadzadə küçəsində Ağakərim Şəmidzadə aldığı bıçaq xəsarəti ilə KTM-ə daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Şirinov Yasamal rayon polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı araşdırma aparılır.