101 gündən sonra baş tutan xilas əməliyyatı barədə ilginc məlumatlar
Mosulda İŞİD-in girov götürdüyü 49 Türkiyə vətəndaşının 101 gündən sonra azad edilməsi ilə bağlı maraqlı iddia və detallar üzə çıxıb.
“Hürriyet” qəzeti etibarlı mənbələrə istinadla xilas əməliyyatının necə hazırlandığını yazıb. Qəzetin yazdığına görə, xilas əməliyyatında silah işlədilməyib və hər hansı toqquşma baş verməyib. Girovlar müxtəlif kanallarla aparılan danışıqlar nəticəsində inandırma sayəsində azad olunublar. Xilas əməliyyatında əsas məsuliyyəti Türkiyənin kəşfiyyat nazirliyi (MİT) daşıyıb. Bununla belə MİT hərbi quruluşlarla da daimi əlaqədə olub.
Müzakirələr son iki gündə daha da intensivləşib və girovların azad ediləcəyi siqnalları alınıb. Türkiyə Silahlı Qüvvələrinin “Bordo beretli” xüsusi təyinatlıları hər an silahlı əməliyyata başlayacaqlarmış kimi 24 saat ərzində hazır vəziyyətdə gözləyib.
Girovlar qaçırıldıqları gündən azad edildikləri saatlara qədər heç vaxt onlarla görüntülü əlaqə kəsilməyib.
İndiyədək danışıqlar 5-6 dəfə girovları azad etmək məqamına qədər inkişaf edib, lakin sonradan bölgədəki müharibə mühitinə görə sonuc əldə edilməyib.
Tutulduqları gündən bəri girovların yerləri 8 dəfə dəyişdirilib. Azad edilərkən, onlar Mosulda təhvil alnıb, ancaq Türkiyəyə təhlükəsizlik məqsədilə Suriyadan keçiriliblər.
Girovlardan 3-ü irqalı, 46-sı isə Türkiyə vətəndaşıdır.
Girovların azad edilməsi üçün heç bir ödəniş olmayıb və hər hansı şərt qəbul edilməyib.
***
Hakim AKP-dən millət vəkili Şamil Tayyar isə özünün Twitter səhifəsində çox ilginc və rəsmi açıqlamalarda yer almayan məlumat paylaşıb. Onun yazdığına görə, girovların azad edilməsi “CİA həmləsidir” (CİA – ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi – red.).
“Türkiyəyə gətirilən diplomatlarımıza keçmiş olsun deyirəm. Hamımızın gözü aydın. İŞİD-ə qarşı əməliyyatlara Türkiyəninn qatılmama səbəblərindən biri girovlar idi. Bu kritik məqamda sərbəst buraxılmaları CİA-nın bir həmləsidir. Türkiyə ilə İŞİD arasında əlaqə quran geri zəkalılar hər halda yeni oyunu fərq etmişlər. İŞİD tələsinə düşməyib ABŞ-ı küncə sıxışdıran və diplomatları qurtaran hökumətimiz və MİT-i təbrik edirəm”, – deyə AKP-li deputat 4 tvit paylaşıb.
azadliq.info