“Apple” şirkətinin yeni məhsulları ABŞ-da böyük marağa səbəb olub
“Apple” şirkətinin yeni məhsulları “iPhone 6” və “iPhone 6 Plus” ABŞ-da böyük marağa səbəb olub.
ANS PRESS-in məlumatına görə, günlərdir “Apple” mağazaları qarşısında gözləyən telefon həcəskarları “iPhone 6” və “iPhone 6 Plus”un ilk istifadəçilərindən ola bilmək üçün uzun növbələrin yaranmasına səbəb olublar.
Həsrətlə yeni “iPhone”ların yolunu gözləyən həvəskarlar axır ki, yeni telefonlarına qovuşublar.
Qeyd edək ki, şirkətin yeni məhsullarına tələb həddən artıq çoxdur. Təkcə telefonların satışa çıxarıldığı ilk 24 saat ərzində 4 milyondan çox “iPhone” sifariş edilib. Hətta Azərbaycandan da bəziləri bu telefonu əldə etmək üçün okeanın o tayına üz tutub.