Saakaşvilinin əmlakı üzərinə həbs qoyulub. Tbilisi apelyasiya məhkəməsi Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsun, anası Qiuli Alasaniyanın və nənəsi Mzii Seretelinin əmlakı üzərinə həbs qoyub. Bu barədə məlumatı Saakaşvilinin vəkili Otar Kaxidze verib. Vəkilin sözlərinə görə Saakaşvilinin Kvarel sayonundakı şəxsi evinə və torpaq sahəsinə, həyat yoldaşının Tbilisidəki evinə, nənəsinin Natabeni kəndindəki daşınmaz əmlakına və avtomobilinə, anası Alasaniyanın torpaq sahəsinə və avtomobilinə əl qoyulub. Vəkil onu da bildirib ki, apelyasiya məhkəməsi bu qərarı Gürcüstanın Baş Prokurorluğunun müraciətindən sonra verib.
azadliq.info