Braziliya çempionatında “Koritiba” – “Sao-Paulo” qarşılaşmasında gözlənilməz hadisə baş verib. “Koritiba”nın kamerunlu hücumçusu Joel reklam lövhəsinin arxasındakı quyua düşüb.
Joel komandasının ikinci qolunu vuraraq qələbəni təmin edib və meydançadan kənara tullanaraq sevincini azarkeşlərlə bölüşmək istəyib. Bu zaman reklam lövhəsinin arxasındakı üstü çadırla örtülmüş quyuya düşüb. Joel nəinki sevincini azarkeşlərlə paylaşa bilib, əksinə aldığı zədəyə görə heç özü də düz-əməlli sevinə bilməyib.
Olay dünya mediasının gündəminə oturub.