Avropa Şurasının Nazirlər Kabineti rusiya qoşunlarının Ukrayna ərazisində olduğunu təsdiqləyib. Bu barədə Ukrayna xarici işlər nazirliyini məlumatında deyilir. XİN-in yaydığı sənəddə qeyd olunur ki, sentyabrın 17-də Avropa Şurası Nazirlər Kabineti sənəd qəbul edərək Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmasını tələb edib.
Ukrayna XİN Komitənin bu qərarını görünməmiş hadisə adlandırıb və yüksək qiymətləndirib. “Bu, Avropa Şurası üçün görünməmiş hadisədir. Daha bir mötəbər beynəlxalq təşkilat tərəfindən Rusiya qoşunlarının Ukraynada mövcudluq faktının və Ukraynaya təcavüz faktının təsdiqidir, hansını ki, Moskva inadla inkar edir”, – deyə XİN-dəki mənbə qeyd edib.
Xatırladaq ki, Avropa şurası Nazirlər Kabinetinə hazırda Azərbaycan sədrlik edir.
azadlıq.info