Ukrayna Ali Radasının qəbul etdiyi lüstrasiya haqqında qanun 1 milyona yaxın adama şamil ediləcək. Bunu baş nazir Arseni Yatsenyuk bildirib. Baş nazirin sözlərinə görə, qanunun təsiri altına düşəcək şəxslər məmurlar, dövlət qulluqçuları və hüquq mühafizə orqanları əməkdaşları olacaq. Sənədin icra edilməsi üçün baş nazir Nazirlər Kabineti üzvlərinin və nazir müavinlərinin yoxlanılması üçün komissiyanın yaradıılmasına dair göstəriş verib. Həmçinin Ədliyyə Nazirliyi yanında lüstrasiyaya dair ictimai şura da yaradılacaq.
azadlıq.info