Kiyevin “Dinamo” futbol klubunun və Ukrayna milli komandasının keçmiş futbolçusu Andrey Qusin 42 yaşında faciəli şəkildə dünyasını dəyişib.
Publika.az-ın məlumatına görə, bu barədə “Dinamo” klubunun mətbuat xidməti bildirb. Furbolçu “Çayka” avtodromunda motosikletlə qəzaya uğrayıb.
A.Qusin “Dinamo” 7 dəfə Ukraynanın çempionu, 4 dəfə isə Ukraynanın kubokunun qalibi olub. UEFA çempionlarının liqasının yarımfinalında çıxış edən futbolçu milli komandada 10-dan çox oyunda iştirak edib. Ukraynanın aparıcı oyunçusu 2006-cı il dünya çempionatında da uğurla çıxış edib.
O, futbolçu karyerasını bitirdikdən sonra məşqçi fəaliyyətinə başlamışdı.