Ukrayna Ali Radası Avropa Birliyi ilə Assosiasiya Sazişini ratifikasiya edib. Ratifikasiya ilə bağlı iclasa ölkə prezidenti Poroşenko, baş nazir Yatsenyuk və hökumət üzvləri də qatılıb.
Sazişin ratifikasiya olunmasına qeydiyyatdan keçmiş 381 deputatdan 355-i səs verib. Əleyhinə səs verən olmayıb. 26 deputat isə səsvermədə iştirak etməyib.
Parlament qanunu qəbul edəndən dərhal sonra prezident Poroşenko və baş nazir yatsenyuk onu elə iclas zalındaca imzalayıblar.
Ali Radadakı səsvermə ilə eyni vaxtda Avropa Parlamentində də bu saziş ratifikasiya olunub.
İclasların gedişindən qarşılıqlı xəbər tutmaq üçün iki parlament arasında canlı bağlantı qurulub.
azadliq.info