Hüquq müdafiəçisinin azadlığı bütün vicdanlı adamların istəyinə çevirilib
“Demək olar ki, hər gün dünyanın müxtəlif ölkələrindən Rəsul üçün açıqcalar, məktublar alırıq. Onların çoxu Avropa ölkələrindəndi”- bu informasiyanı həbsə atılan hüquq müdafiəçisi Rəsul Cəfərovun qardaşı Sənan “Azadlıq”a bildirib. Onun məlumatına görə artıq evlərində Rəsula gələn məktubların sayını itiriblər. Məktub müəllifləri arasında müəllimlər, tələbələri, jurnalistlər, mühəndislər , din xadimləri və ən müxtəlif peşədən olanlar var. Məktublarda Rəsulun günahsız yerə həbsindənü züntü ifadə olunur, onun azadlığa qovuşmasının bütün vicdanlı insanların istəyi olduğu yazılır.
Qardaşı deyib ki, o məktubları Rəsula verə bilməsə də hər dəfə onlar barədə “içəri” xəbər göndərir və bu hal şübhə eləmir ki, həbsxanada xoş ovqat yaradır.
Bəs Azərbaycandan necə məktub ala bilirsinizmi, sualına cavab olaraq Sənan bəy bildirir ki, ənənəvi məktublar olmasa da cəmiyyətdən Rəsula görə kifayət qədər ciddi dəstək alırlar. “Demək olar hər gün müstəqil qəzet və saytlar Rəsulun günahsız həbsə düşdüyünü qeyd edir. Facebookda minlərlə isnan bu barədə yazır ona dəstək tələb edir. Şəxsi görüşlərdə, telefon danışıqlarında da hər kəs Rəsuldan yana olduğunu bildirir. Bu bir daha onu sübut edir ki Rəsula qarşı verilən ittihamlar əsassızdır, cəmiyyət onlara inanmır”, deyə Sənan Cəfərov bildirib.
Natiq