Fransa Prezidenti Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü oktyabrın 10-da Parisdə təşkil edəcək. Bu açıqlama ilə AŞPA-nın vitse-spikeri Rene Ruke çıxış edib. Rene Ruke həmçinin prezidentlərin Soçi görüşündən sonra cəbhədə vəziyyətin normallaşdığını da bildirib. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye isə APA-ya açıqlamasında deyib ki, Ollandın təşəbbəsü ilə nəzərdə tutulan bu görüşün noyabr ayında keçirilməsi planlaşdırılır.