“Mən ona səs verən 52 faizin iradəsinə sayğı ifadə eləmişəm”
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Barış və Demokratiya Partiyasının (BDP) həmsədri Səlahəddin Dəmirtaşın onu ayaq üstə alqışlaması ikinciyə qarşı medaida güclü tənqid dalğası yaradıb. S.Dəmirtaş bu tənqidləri cavabsız buraxmayıb.
Ötən gün mediaya açıqlamasında o bildirib ki, salonda heç kim Ərdoğana əl çalmasaydı belə, o bunu edəcəkdi: “Bu, 52 faizin iradəsinə duyduğum sayqının ifadəsidir. Yeni yaşama uyğun bir duruş sərgilədiyimi düşünürəm”.
S.Dəmirtaş son prezident seçkisində R.T.Ərdoğanın rəqiblərindən biri idi. Həmişə AKP hökumətini sərt sözlərlər tənqid edən partiya rəhbərinin indi Ərdoğanı alqışlaması təəccüblə qarşılanmışdı. Onun isə izahı belədir ki, andiçmə mərasimində iki prezidentliyə namizəd olub – biri qalib Ərdoğan, o biri isə özü.
“Rəqibim qazanıb, kürsüdə and içirdi. Salonda heç kimsə alqışlamasaydı belə, mən bunu edəcəkdim. Mənə yaraşan o idi. Mən Ərdoğanın düşüncəsinə, şəxsiyyətinə yox, ona səs verən 52 faizin iradəsinə sayğı ifadə eləmişəm. Ona səs verənlər avam, gerizəkalı, oğru, qatil deyil, xalqdır. Xalqın iradəsi də ayaq üstə alqışlanar”.
azadliq.info