Hadisə ilə bağlı araşdırma aparılır
Bakıda minik maşını yük avtomobili ilə toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün baş verib.
Qaradağ rayonunun Qobustan qəsəbəsində Astara şəhər sakini Çingiz Məmmədovun idarə etdiyi “VAZ-21099” və Sabirabad rayon sakini Nəriman Hüseynovun idarə etdiyi “Zil MMZ” markalı avtomobillə toqquşub. Ç.Məmmədovun sərnişinlərindən – Zaqatala şəhər sakini Sürəyya Qurbanova hadisə yerində ölmüş, özü və digər sərnişini – Çiçək Qurbanova xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.