İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani 2009-cu ildə prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlara görə tutulan bir sıra məhbusların ailə üzvləri ilə görüşüb.
“Media forum” saytının məlumatına görə, sentyabrın 1-də keçirilən görüş zamanı məhbus ailələrinin giley-güzarını dinləyən Rəfsəncani siyasi məhbuslara və onların ailə üzvlərinə göstərilən təzyiqlərdən təəssüfləndiyini bəyan edib: “Bir qrup insanın siyasi motiv və ittihamlarla həbsdə saxlanması cəmiyyətin xeyrinə deyil. Mən bütün siyasi məhbusların tezliklə azadlığa buraxılması üçün müsbət şərait yaradılacağına ümid edirəm.
Mənim istər islam inqilabından əvvəlki dövrdə, istərsə də indi zindanlarda hökm sürən vəziyyətdən xəbərim var. Mən sizə və məhbuslara dözüm, səbir diləyirəm. Əmin olun ki, mən siyasi məhbusların durumu ilə bağlı sizin dediklərinizi lazım olan yerlərə çardıracam”.