Avstriya Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun oğlu Aleksey Azarovun bank hesablarını dondurub. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Aleksey Azarov və iş adamı Sergey Kurçenkoya məxsus LPG Trading GmbH şirkətinin hesabları dondurulub.
Bundan əvvəl Avstriya məhkəməsi Ukraynanın keçmiş hökumət başçısının oğlunun 5 milyon avro dəyərində daşınmaz əmlakı üzərinə həbs qoymuşdu.