“Casusluq dostların və müttəfiqlərin arasında tamamilə qəbuledilməzdir”
ABŞ-ın Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili casusluq haqqında iş üzrə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu haqda Türkiyənin baş nazir müavini Bulənt Arinç bildirib. Onun sözlərinə görə, buna səbəb “Der Spiegel” alman jurnalında dərc edilmiş ABŞ milli təhlükəsizlik agentliyinin və Böyük Britaniyanın hökumət əlaqəsi Mərkəzinin Türkiyə qarşı casusluq etdikləri haqda məlumat olub.
Arinç izah edib ki, bir halda ki, məqalədə Birləşmiş Ştatlar haqda yazılıb, onların nümayəndəsindən izah tələb edilməlidir.
Edvard Snoudenin sənədlərinə əsaslanan “Der Spiegel” məqalədə, həmçinin ABŞ kəşfiyyatının, eyni zamanda Ankaraya qarşı kürd döyüşçüləriylə mübarizədə kəşfiyyat fəaliyyətini apardığı və onlara kömək göstərib.
Der Spiegel-də məqalə alman kəşfiyyatı BND-nın 2009-cu ildə bir neçə il ərzində Türkiyəni güddüyü barədə nəşrdən bir neçə həftə sonra yazılıb.
Ankara dərhal diplomatik demarşla çıxış edib: Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, dərc edilmiş məlumatlar təhlükəsizliklər məsələləri üzrə alman-türk əməkdaşlığını təhlükə altına qoyur və casusluq dostların və müttəfiqlərin arasında tamamilə qəbuledilməzdir. (ans)