İsa Qəmbər: “Bu, nə dövlətə, nə də nazirə hörmət gətirmir”
Müsavat başqanı İsa Qəmbər Moderator.az-a açıqlamasında Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin daxili işlər naziri Ramil Usubov təərfindən xüsusi ittiham qaydasında məhkəməyə verilməsinə münasibət bildirib:
“Mən Eldəniz bəyin fikirləri, məlum yazısı ilə tanış olmuşam. Bu, çox incə yumorla yazılan bir yazıdır. O, bu yazıda ölkədəki gerçək problemləri ifadə edib. Həmin problemlərin aradan qaldırılması ilə bağlı nazirə müraciət olunub. Normal hakimiyyət təcili surətdə nəinki bir ziyalının, istənilən vətəndaşın narazılığı, tənqidi ilə bağlı məsələyə münasibət bildirməli, onların qaldırdığı problemləri araşdırmalı, bununla bağlı tədbir görməlidir. İndiki halda tanınmış ziyalı öz fikirlərini yazıb və nazirlik bu fikirləri araşdırmaq istiqamətində tədbirlər görməli idi. Lakin bütün bunların əvəzində E.Quliyevin məhkəməyə verilməsi, ona qarşı cinayət tərkibinin başlanması istəyi irəli sürülüb ki, bu da absurd və yolverilməzdir. Bu, nə dövlətə, nə də nazirə hörmət gətirmir”.