Avropa Komissiyasının başçısı Xose Manuel Barozu prezident petro Poroşenkonun Avropa liderləri ilə Brüsseldə görüşdüyü bir vaxt Ukrayna böhranının, onun sözlərilə, “qayıdışı mümkün olmayan məqama” çatdığına dair bağlı xəbərdarlıq edib.
Barrozu bu xəbərdarlığı Rusiya tərəfdarı separatçılarının Ukraynanın şərqində hökumət qüvvələri ilə döyüşlərdə üstünlük əldə etdiyi ilə bağlı xəbərlərlə əlaqədar olaraq verib. O, Avropanın Rusiyaya qarşı yeni ölçülərin götürülməsinə hazır olduğunu deyib, lakin siyasi həll üçün qapıların açıq olduğunu əlavə edib.
Ukraynanın milli təhlükəsizlik şurasının sözçüsü Andrey Lısenko hökumət qüvvələrinin separatçıların sayının artdığı müşahidə edildiyi şərq bölgəsindəki şəhərlərdən çıxdığını bildirib.
Ukrayna silahlı qüvvələrinin rəsmiləri ölkənin şərqində Ukrayna hərbi qüvvələri və Rusiya tərəfdarı separatçılar arasında döyüş zamanı döyüş təyyarəsinin Rusiya raketi tərəfindən vurulduğunu bildiriblər.