Səhiyyə Nazirliyi Tikilməkdə Olan Müəssisələrin Müdriyyəti Bakı şəhərinin Xəzər Rayon İcra Hakimiyyətini məhkəməyə verilib.
Bakı Apelyasiya Məhkəməsindən lent.az-a verilən məlumata görə, nazirliyin iddiası sərəncamların və torpaq alqı-satqısına dair sənədlərin etibarsız hesab edilməsi ilə bağlıdır.
Nazirlik həmçinin üçüncü şəxs kimi Bakı Şəhər İcra Hakimiyyətini, Əmlak Məsələləri Dövlət Komitəsini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini, Zeynalov Vüqar Məhərrəm oğlu, Süleymanlı İlham Süleyman oğlu, Əliyeva Elmira Sadıx qızı və Zeynalova Aytən Ağa Rəfi qızını da məhkəməyə verib.