Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Şəkinin Oxut kəndi ərazisindən keçən hissəsində ötən gün yanğın başlayıb.
Yanğın yüksək dağlıq ərazidə olduğu üçün texnikadan istifadə etmək mümkün olmayıb. Əraziyə FHN-nin, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğın davam edir.