Avqustun 30-da keçiriləcək növbətən kənar sammitdə Avropa Birliyinin dövlət və hökumət başçıları Ukraynadakı vəziyyəti və Rusiyayya qarşı sanksiyaların genişləndirilməsinin mümkünlüyünü müzakirə edəcək. Bunu Almaniyanın kansleri Angela Merkel bəyan edib. Onun sözlərinə görə, Minskdə Rusiya və Ukrayna prezidentlərinin görüşündən sonra vəziyyət bir qədər də pisləşib. Rusiya Ukrayna ərazisində qoşunlarının sayını artırıb.
Almaniya kansleri bildirib ki, sammitin gündəliyində AB-nin sanksiyaları genişləndirməsi məsələsi dayanacaq.
azadlıq.info