Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə parlamentində and içərək, öz vəzifəsinin icrasına başlayıb. Türkiyə Böyük Millət Məclisində and içən Ərdoğanın prezidentlik dönəmi bu gündən etibarən başlayacaq.
Bu gün axşam saatlarında prezident R.T.Ərdoğan Əhməd Davudoğlunu Çankaya Köşkündə qəbul edəcək.