Qondarma Donetsk xalq respublikasının meri Aleksandır Zaxarçenko uzun müddətdir ki, müzakirə olunana bir məsələyə aydınlıq gətirib. Avropa.info xəbər verir ki, jurnalistin “siz niyə rusiylı əsgərlərinin burada vuruşmasını etiraf etmirsiniz?” sualına qondarma mer etirafedici cavab verib.
O deyib ki, Rusiyadan Donetskə, Luqanska buradakı qardaşlarına kömək olmaq üçün könüllü insanlar gəlir: “Onlar burada olan insanlara kömək etmək istəyirlər bizim və onların niyyəti özünü müdafiədir. O, insanların içərisində hər cür sənəd sahibi olanlar var. Burada müəllimlərə, həkimlərə, profesional hərbiçilərə rast gəlmək olar.Həmin şəxslər könüllü formada gələrək bizim orduya yazılır. Mən etiraf edərim ki, əgər rus könüllüləri olmasaydı, bizə çox çətin olardı”.
Qondarma merin sözlərinə görə, hazırda dörd minə yaxın rusiyalı könüllü müharibələrdə iştirak edir.