Ukrayna ordusu daha bir şəhəri separatçılardan azad edib. Terrorçuluğa qarşı əməliyyat qrupu Novoazovskda nəzarəti öz əlinə alıb.
Bununla belə Rusiya sərhədi tərəfindən şəhərin ətrafında atəşlər aparılır. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının analitik informasiya mərkəzinin rəhbəri Andrey Lısenko keçirdiyi brifinqdə bəyan edib.
Onun sözlərinə görə, Novoazovsk ərazisində vəziyyət mürəkkəb olaraq qalır. Ukrayna hərbçilərinə əlavə kömək qüvvələri gəldikdən sonra yaşayış məntəqəsi Terrorçuluğa qarşı əməliyyat qrupunun birləşdirilmiş güclərinin və ərazi könüllü müdafiə batalyonlarının tam nəzarəti altındadır. Bununla belə sərhəd tərəfdən şəhər ətrafının 10 kilometr zonasında atəşlər aparılır.