Ukrayna prezidenti Petr Poroşenko Putinlə Minskdə avqustun 26-dakı görüşü çətin və mürəkkəb adlandırıb. Poroşenkonun sözlərinə görə, 2 saatlıq təkbətək danışıqlarda hər iki tərəf Kiyevin sülh təklifləri ilə razılaşıb.
Putin danışıqları müsbət qiymətləndirib, ancaq deyib ki, atəşkəs Ukraynanın daxili məsələsidir. Ancaq o söz verir ki, sülh planı başlasa, Rusiya bu planın reallaşması üçün hər şeyi edəcək.
Putin və Poroşenko Rusiya qazının Ukraynaya verilməsi məsələsini də müzakirə etməyə razılaşıblar. Həmin danışqlar sentybarın 6-da başlanacaq. Danışıqlarda Avropa Birliyi də iştirak edəcək.
Petr Poroşenko deyib ki, o, Ukraynanın şərqindəki separatçı münaqişəni yoluna qoymaq üçün təcili olaraq atəşkəs planı üzərində işləyəcək.