Və ya Putini nələr gözləyir
Elxan Nuriyev, Kiyev
Krıma ilk ,,yaşıl insancıq,,ların gəldiyi gündən, ta aqressiya günlərinə qədər məlum oldu ki, Vladimir Putin bu yarımadada pravoslav dünyasının əl-Qaidəsini yaratmaq istəyir. Putinin ,,blitskriqi,, o zaman olacaqdı ki, guya tatarlar (əslində isə əslində isə saqqallı pravoslav yunanlar və serblər) yarımadadakı etnik rusları qırmağa başlayacaqlar, bu isə oraya qoşun hissələri yeritmək üçün hüquqi əsas yaradacaqdı. Federasiya Şurasında ölkənin hüdudlarından kənarda hərbi gücdən istifadə haqqında məlum qərar da bunu nəzərdə tutaraq verilmişdi.
Bu sətirlərin müəllifi Mustafa ağanın (Krımoğlu- Cəmilev) Ukrayna Ali Radası rəhbərliyi ilə razılaçdırılmış kadr rotasiyası təkliflərinin həyata keçirilməsində iştirak etmişdi. Məqsəd belə idi ki, Krımın güc strukturlarına rus və ukrayna dillərini bilən türklərdən ibarət (Krım türkləri nəzərdə tutulur) yeni rəhbər zabit heyəti göndərilsin və yadımızda olan Oş, Fərqanə hadisələrinə bənzər olaylar çıxmasın. Məlumatlı idik ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti, Baş Kəşfiyyat İdarəsinin rezident strukturları guya ruslara və pravoslavlığa qarşı müharibəyə müqavimət çətiri altında dünyanın hər yerindən saqqallı terrorçuları Krıma toplamaqdadır.
Krım ssenarisi alınmasa da, krımın müqavimətsiz işğalı imperiya diktatorunda yeni iştaha yaratdı və o, muzdluların tətbiqi üçün yeni təyinat yeri axtarmalı oldu.Bu dəfə, kontinental Ukraynanın böyük bir hissəsini ,,rus dünyasını bütövləşdirmək,, adı altında bir tərəfdən Rusiyaya, digər tərəfdən isə Krıma birləşdirmək istəyi yarandı. Elə həmin vaxtdan Putini bir zamanlar Slabodan Miloşeviçə əziyyət verən fikirlərin narahat etdiyi bəlli oldu.
Yaxın keçmişdən Miloşeviçin xorvatlara və Bosniya müsəlmanlarına qarşı törətdiyi etnik cinayətləri, yəqin ki, hamı xatırlayır. Təbii ki, dünyanın quru ərazisinə sahiblik edən balaca boylu adamın, nisbətən daha balaca ölkə olan Yuqoslaviyaya rəhbərlik edən Miloşeviçlə fərqləri də az deyil, amma paralellər də çoxdur.
İkinci dünya savaşının gedişində Adritaik dənizi ətrafı-Balkan yarımadası partizanlarının rəhbəri general Broz Tito serblərdən, xorvatlardan və slovenlərdən (sonradan buraya makedonlar, müsəlmanlar və çernoqoriyalılar da Stalinin təşəbbüsü ilə qatıldılar) ibarət Yuqoslaviya dövlətini yaratdı. Slabodan Miloşeviç hakimiyyətə gələn kimi serb milli üstünlüyü iddiası ilə ,,milli qan,, tezisini ortaya atdı, pravoslavlığın ən düzgün din olduğu tezisini də bu fikrə əlavə edib dəhşətli qanlar saçmaöa başladı. Amma Balkan gözəlliklərini xaraba qoyan, on minlərlə insanın həyatını məhv edən bu müzəffər qəhrəman həyatının qalan hissəsini Haaqa zindanına bağışlamalı oldu.
Təsəvvür etsək ki, Rusiya da keçmiş Yuqoslaviyanın daha böyük formatıdır və Putinin də ,,russkiy mir,, ideyası təqribən Miloşeviçin ideyaları ilə səsləşir, o zaman hansı tarixi yanlışın hansı şəkildə təkrar edildiyini anlamaq olur. Təsəvvür edəndə ki, Rusiya imperiyası keçmiş Yuqoslaviyanın böyük miqyasıdır, onda elə Putinin həmin eyni səhvi “rus dünyası” (“russkiy mir”) ideyası altında həyata keçirməsidir. Bu gün Putinin lovğalıqla rəhbərlik etdiyi, əhalisinin 21 milyonu xroniki alkoqolik, dövlət büdcəsinin az qala dörddə biri Moskva və Sankt Peterburqun payına düşən imperiyanı alman əsilli Boyuk Yekaterina qurmuşdu. Putin yəhudi Trotskinin ideyası və gürcü Stalinin zor gücü ilə topladığı, son 23 ildə itirilmiş və onlarla millətin yaşadığı torpaqların reinkarnasiyası ilə “rus dünyasi” mifi altında məşğuldur ki, müasir dünyada onun istəyi keçmir. Əsas səbəb olmayan bir şeyin mifidir, mistikasıdır. Həm də ukraynalılar artıq siyasi millət olaraq heç bir il öncəki də deyillər. Putin Ukrayna millətçilərinin 90 ilə yaxın zamanda ( Ukrayna Millətçilər Təşkilatı 1929-cu ildə Vyanada təsis olunmuşdu) edə bilmədiklərini bir səhvi ilə etdi, ukraynalıları Ukrayna Siyasi Milləti ideyası ətrafında birləşdirdi. Hətta qeyri ukraynalılar özlərini bu siyasi millətin tərkib hissəsi hesab etməklə könüllü olaraq əvvəl Meydanda indi döyüş xəttindədirlər. Yaxşı tanıdığım ukraynalıların dönməzliyi, cəmiyyətdə Milli bütövlüyün yaratdıgı böyük ruh yüksəkliyi və sonacan döyüşəcəyinə əminlik inam yaradır ki, Miloşeviç kimi Putin də hansısa anda dayanmaq məcburiyyətindədir, əyləci basmaq məcburiyyətindədir, əyləcin ətaləti hətta geri çəkilmək, “yırğalanmaq” təhlükəsi ilə mütənasib ola bilər ki, bu da Putinin əsas dayaqlarından məhrum etməklə yanaşı rus şovinistlərində hökmən depressiv məyusluq yaradacaqdır. Məlumdur ki, şovinizmin baş alıb getdiyi və Putinin qurduğu Rusiyada şovinist adətlər istənilən kompromisi xəyanət hesab edəcəklər və buna illərdən bəri rusların bənzərsizliyi gülünc ideyasının daşıyıcıları dözməyəcək, “yuyulmuş beyinləri” tab gətirməyəcək. Baş verənlər rejimin sonu ola biləcək ehtimalını artırmaqla Putin hakimiyyəti əvəzinə yeni simbiozun ( nisbətən az radikallar + demokratlar + dövlətçilər və s.) labüdlüyü olacaq. Qeyri-oxşar qurumlar Rusiyanın təcridindən, biryolluq məhvindən irəli gələn qorxudan birləşmək məcburiyyətindədirlər. Sonradan qeyri-təbii birliklər təsisatlar həyata keçirmək məcburiyyətində qalacaqlar ki, bu da ikinci Yuqoslaviya ola bilər və rusların yaşayacağı Rusiyanın təbii sərhədləri ilə məhdudlaşmasına gətirər – lap elə serblərin ( dənizə çıxışsız) Serbiyası kimi. Proqnozlaşdırdığımız və (nə gizlədək!?) görmək istədiyimiz situasiya gec ya tez baş verəcək, sadəcə Putinin hədəfi düz seçməməsi hadisələri sürətləndirməkdədir.
Putini geri çəkilməyə nə vadar edəcək? Qərbdən asılılıq, iqtisadi çöküş, yoxsa daha çox itkilər qorxusu? Hələ 2-ci Çeçenistan kampaniyasından Putinin “yüz nəfər o tərəfə ya bu tərəfə“ ifadəsi yaddaşlardadır. Putin Rusiyasında ən dəyərsiz varlığın insan olduğu məlumdur. Ukraynada, Donbasda baş verənləri ilk olaraq terrorçuların rəhbəri Qirkin (“Strelok” ) dərk etdi ki, yerli əhalinin böyük hissəsi özünü ruslarla identifikasiya etsə də vuruşmaq istəyində deyil. Elə bu ifadənin müəllifliyi də ona məxsusdur ki, “Putini Miloşeviçin taleyi gözləyir”.. İndilikdə Putinin geri çəkilməsinin baş səbəbi rusların özlərinin mahiyyətindən doğur. Məsələ burasindadir ki, ruslar və Rusiya öz ölkələrinin taleyinə cavabdeh olan siyasi millət vəhdətini heç Rusiya daxilində də qazana bilməyib. Ukraynanın mərkəzində və qərbində yaşayan ruslar isə artıq ölkələrinin taleyini və gələcəklərini öz əllərində görən ukraynalı siyasi millət anlamındadırlar. Ukraynanın şərqindəki əhali koloniolizmdən sonrakılardı, zəhmətkeş, ancaq həmişə maddi təmin olunmamış insanlardı, heç bir halda “rus dunyasının” mifik xalqı deyillər. Böyük müharibənin alınmamasının birbaşa səbəbi də elə budur ki, region əhalisinin mütləq böyük əksəriyyəti ukraynapərəstdir . Təbii ki, Avropanin ən sıx yaşayış məntəqəsi Donbasda 5 milyondan bir neçə min aldadılmış və muzdlu mifik “rus dünyasi” tərəfdarı olmamış deyildi ki, indi onların böyük hissəsi ya məhv ya həbs edilib, sağ qalanların ətrafında isə mühasirə həlqəsi günbəgün daralır.