Azərbaycanlı, 24 yaşlı polis əməkdaşı Mirnadir Mirteymurov Türkiyənin Samsun şəhərində avtomobil qəzası törədib. Qəzada sürücü ilə birlikdə 6 nəfər yaralanıb.
Avtomobil qəzası Samsun- Ankara yolunun 15-ci kilometrində qeydə alınıb. Mirnadir Mirteymurovun idarə etdiyi 99 BT 049 nömrə nişanlı avtomobil hərəkət istiqamətindən çıxaraq əks tərəfə keçib, daha sonra isə aşıb.
Qəza zanğmanı avtomobildə sürücüdən başqa Aysel Eyvazova (23 yaşında), Sultan Quliyev (24), Gülnarə Quliyeva (24), Flora Dəmirçi (49) və adı təsbit ediçəyən 6 aylıq daha bir körpə olub. Yaralıların durumu normaldır və xüsusi ağır vəziyyətdə olanı yoxdur.
azadlıq.info